25 may 2014 12:12

Ernest Nfor: Penalti zərbələri zamanı tanrıya dua edirdim

“Neftçi”nin futbolçusu Ernest Nfor azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunun qalibi olmalarından, eləcə də, mövsümün yekunlarından danışıb:

- Kubokun finalında 120 dəqiqəlik mübarizədə qalib müəyyənləşmədi. “Neftçi” məşqlərdə penalti seriyasını məşq etmişdi?
- Əlbəttə, biz bilirdik ki, penalti zərbələri lazım ola bilər. Çempionatın gedişində “Qəbələ”yə qarşı bir neçə dəfə oynamışıq. Yaxşı heyətə malikdir. Fiziki cəhətdən xoş təsir bağışlayır. Hücum xətti xüsusilə təhlükəlidir. Bu baxımdan biz istəyirdik, əsas vaxtda qalib olaq. Qol vuraq və matçın taleyini həll edək. Lakin bu mümkün olmadı. “Qəbələ” sona qədər layiqli mübarizə apardı.

- Penaltilər lotereya sayılır, bu mənada, “Neftçi”nin bəxtinin gətirdiyini demək olar?
- Belə komandanı məğlub etməyin bəxtlə əlaqəsi yoxdur. “Qəbələ” finala layiq komanda olduğunu göstərdi. Ona görə qələbəyə çox sevinirəm. “Qəbələ” kimi komandanı məğlub etmək asan başa gəlmədi. 

- Finalda öz oyununu necə qiymətləndirirsən?
- Məşqçilər bu suala cavab versə, daha yaxşı olar. İki dəfə qol vurmaq şanslarım oldu, amma vəziyyəti dəyərləndirmədim. Fikrimcə, qol vurub matçın taleyini həll edə bilərdim. Onda heç penalti zərbələri olmayacaqdı. Bununla belə, əsas nəticədir. Matç zamanı qol vurmasam belə kuboku qazandığımıza görə xoşbəxtəm.

-Penalti zərbələri zamanı hansı hissləri keçirdin?
- Penalti zərbələri olum və ölüm deməkdir. Daxildə tanrıya dua edirdim. Dua edirdim ki, Azərbaycan Kubokunda qələbə qazanaq, azarkeşlərimizin qarşısında məyus olmayaq.

- Mövsümü “Neftçi” üçün necə qiymətləndirmək olar?
- Azərbaycan çempionatında çıxışımız uğurlu olmadı. Qızıl medal qazana bilmədik və bundan sonra bütün diqqətimiz kuboka yönəldi. Bu mənada, Azərbaycan Kubokunu qazanmağımız böyük nailiyyətdir. Mövsümü titulsuz başa vurmadıq, deməli, yaxşı demək olar.

- Avropa Liqasında “Neftçi”dən hansı nəticəni gözləmək olar?
- İndi ancaq istirahət barədə düşünürük. Ağır mövsümdən sonra dincəlmək çox vacibdir. Ona görə istirahətdən sonra hazırlığa başlayacağıq. Yəqin, heyət bir qədər güclənər. Məqsədimiz uğurlu çıxış etməkdir. “Neftçi” qrupa düşməklə tarix yazıb. Yenidən həmin uğuru təkrarlamaq üçün mübarizə aparmaq lazımdır. 

- “Qarabağ”la Superkubok matçının keçirilməsi gündəmdədir. Bu oyun haqda nə düşünürsən?
- Biz hər zaman titul qazanmaq istəyirik. Kuboku özümüzdə saxladıq. Deməli, şansımız var ki, Superkubok da qazanaq. Bu matç mövsümün ən maraqlı oyunlarından olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.