25 may 2014 15:33
Flavinyo: Biz ilk növbədə, Avropa Liqasında uğurlu çıxış etmək istəyirik
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo azerisport.az saytına müsahibəsində komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsindən (1:1, pen. 3:2) danışmaqla yanaşı, mövsümün yekunlarını qiymətləndirib və “Neftçi”nin Avropa Liqasının təsnifat mərhələsində qarşıdakı çıxışından danışıb:
- Azərbaycan Kubokunda ardıcıl ikinci qələbə sizin üçün nə deməkdir?
- Bu o deməkdir ki, “Neftçi” həmişə güclü komanda olaraq qalır. Final çətin oldu. Rəqib layiqli mübarizə aparırdı. Mövsümü mükafatsız başa vurmadığımız üçün şadam. Bəli, çempion ola bilmədik. Ancaq azarkeşlərimizi Kubokda qələbə ilə sevindirdik.

- Əlavə edilmiş 30 dəqiqədə elə gəlirdi ki, “Neftçi” oyunu penaltilər seriyasına daşımağa can atır.
- Biz qol vurmaq istəyirdik. Sadəcə, alınmırdı. 120 dəqiqə ərzində mübarizə aparmaq çox çətindir. Etiraf edim ki, yorulmuşduq. Əks hücuma keçməkdə çətinlik çəkirdik. Buna rəğmən, biz oynayır və penaltilər haqda vaxtından əvvəl düşünmürdük.

- Oyunsonrası penaltilərin nəticəsi ədalətlidir?
- “Neftçi” qələbəyə daha çox layiq idi. Biz daha çox qol vəziyyətləri yaratdıq. Oyuna nəzarət edirdik. “Qəbələ” yalnız əks hücumlarda fəal idi.

- Penaltilərin gedişində ifaçılardan çox Saşa Stamenkoviçə güvənirdiniz?
- Bu elə bir vəziyyətdir ki, buna görə həmişə çox narahat olursan. Mən özüm də çox əsəb keçirirdim. Bilmirdim ki, necə olacaq. Saşa yenidən göstərdi ki, o, öz işinin ustasıdır. Artıq ilk dəf etdiyi penaltidən sonra, mən inandım ki, biz Kuboku götürəcəyik.

- Geridə qalmış mövsümdə “Neftçi”nin çıxışını necə qiymətləndirirsiniz?
- Biz mövsümü yaxşı keçirdik. Çempionluğu qazanmasaq da, Azərbaycan Kubokunu götürdük və azarkeşlərimizi sevindirdik. Ümumilikdə mövsümü bizim üçün normal hesab etmək olar. Ancaq Kuboku qazanmasaydıq, Mövsümə heç bir qiymət verə bilməzdim.

- İki il qabaq siz Avropa Liqasının qrup mərhələsində çıxış etmək hüququ qazandınız. “Neftçilər”dən bu dəfə nə gözləmək olar?
- “Neftçi” həmişə Azərbaycan futbolunun inkişafına xidmət edib. Azərbaycanı layiqli təmsil etməyə çalışırıq. Proqnoz vermək istəməzdim. Ancaq hamını sevindirməyə çalışacağıq. İndi bizə istirahət lazımdır. Sonra hazırlığa başlayacağıq. Rəqiblər haqda isə püşkdən sonra danışmaq olar.

- Bundan başqa, komandanı Azərbaycan Superkuboku uğrunda “Qarabağ”a qarşı oyun gözləyir...
- Bu, maraqlı oyun olacaq. Yəqin ki, yenə də çempionat başlayandan sonra keçirəcəklər. “Neftçi” heç zaman mübarizədən çəkinməyib. Buna görə də biz həmişə mübarizəyə hazırıq. Ancaq biz ilk növbədə, Avropa Liqasında uğurlu çıxış etmək istəyirik.