25 may 2014 02:22

Çempionlar Liqasını Real qazandı

UEFA Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitənin bir nömrəli klub turnirinin həlledici oyununda ötən gecə iki İspaniya komandası - "Real" və "Atletiko" qarşılaşıb.

Həlledici oyunda eyni ölkə, hətta eyni şəhər təmsilçilərinin çıxması matça əlavə rəng qatırdı. Statistikaya görə, iki klub bu oyunadək bütün turnirlərdə 264 dəfə qarşılaşmışdı ki, bu oyunlarda “Real”ın əzici üstünlüyü vardı. “Kral klubu”nun 143 qələbəsinə qarşı, “Atletiko” cəmi 64 görüşdə meydanı qalib qismində tərk etmişdi. 57 qarşılaşma isə sülhlə nəticələnmişdi. Bu matçlarda “Real”ln vurduğu 480 qola "Atletiko" 340 qolla cavab vermişdi.
 
Cari mövsümdən danışanda La Liqada "Atletiko", Kral Kubokunda isə "Real"ın üstünlüyü nəzərə çarpırdı. Belə ki, komandalar hər turnirdə iki dəfə olmaqla ümumilikdə 4 dəfə qarşılaşmışdı. "Real" Kral Kubokunun yarımfinalındakı hər iki oyunda qalib gələrək (3:0, 0:2) adını finala yazdırmışdı. La Liqada isə "Atletiko" səfərdə əzəli rəqibini minimal hesabla (0:1) məğlub etmişdisə, ev oyununda 2:2 heç-heçəyə razılaşmışdı.

Bu oyunda isə hesabı "Atletiko" açıb. İlk yarıdakı bu qoldan sonra tərəflər çox çalışsa da, hesab uzun müddət dəyişməyib. Artıq hamı "Atletiko"nun qələbə qazandığını düşündüyü bir vaxtda səhnəyə çıxan Serxio Ramos buraxılan qolun əvəzini çıxıb. Əlavə vaxtda daha üç qol vuran "Real"  ÇL-in ən güclüsü adını qazanıb.

Qeyd edək ki, bu, "Real"ın sayca 10-cu belə uğurudu. Komanda bundan öncə 12 dəfə ÇL-də final oynamışdı ki, bunlardan 9-da kuboku muzeyinə aparmışdı. Sonuncu dəfə 2002-ci ildə turnirin qalibi olmuş "Kral klubu" bu il 13-cü finalında 10-cu uğurunu qazandı. "Atletiko" isə tarixində heç vaxt ÇL-in qalibi olmayıb. Bu komanda tarixində ikinci dəfə ÇL-in finalında məğlub oldu.

Çempionlar Liqası
Final

24 may

Real (İspaniya) - Atletiko (İspaniya) - 4:1
Qollar: Serxio Ramos, 90+3, Qaret Beyl, 110, Marselo, 118, Ronaldo, 120-pen. - Dieqo Qodin, 36.
Lissabon. "Estadio Luis" stadionu.
Baş hakim: Byörn Kuypers (Hollandiya).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.