24 may 2014 12:25

Ramin Musayev: Foqtsun legionerlərdən imtina etməsini dəstəkləyirəm

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev azərbaycanlı gənc futbolçulara daha çox şans verilməsinin tərəfdarıdı. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:

"Azərbaycan Kubokunun final oyunundan öncə "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin çıxışını eşitdim. O, bildirmişdi ki, kubok finalında iştirak etməyəcək Mahir Şükürovla Araz Abdullayevi Məqsəd İsayevlə Samir Məsimov əvəzləyəcək. Həmin gənclər finalda çox uğurlu çıxış etdilər. Məsimov hətta qol da vurdu. Hansı ki, o top Premyer Liqada legioner hücumçuların vurduğu qollardan da xeyli gözəl alındı".

Musayev yığmamızın baş məşqçisi Berti Foqtsun da gənclərə şans verməsinin vacibliyindən danışıb: "Mən yerli gənclərin çıxışını yüksək qiymətləndirirəm. Bir müddət öncə legioner futbolçuların xidmətindən imtina edən yığmamızın baş məşqçisi Berti Foqtsu da dəstəkləyirəm. Elə ən yaxşısı azərbaycanlı gənclərə üstünlük verməkdi. Onlara daha çox güvənmək, yoxlamaq lazımdı.

Hərdən məni də, AFFA-nı da "Sumqayıt"a görə çox tənqid edirlər. Halbuki, bu komandada çoxlu sayda gənc azərbaycanlı futbolçu çıxış edir. "Sumqayıt"ın "Qəbələ" ilə oyununa böyük məmnuniyyətlə baxdım. Onlar demək olar ki, rəqibinə heç nədə uduzmurdu".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.