24 may 2014 22:20
Ruslan Poladov özünə yeni klub tapdı
2014/2015 mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu ilk transferini reallaşdırıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü "Simurq"da keçirmiş Ruslan Poladovu heyətinə qatıb.
34 yaşlı futbolçu "Sumqayıt"la bir illik müqavilə imzalayıb.
Sumqayıt futbol məktəbinin yetirməsi olan Poladov Azərbaycan millisinin də şərəfini qoruyub.
