Syomin Qəbələni DÇ-yə görə tərk edib
"Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syomin Azərbaycandan gedişi ilə bağlı növbəti açıqlama verib. Azerisport.az xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində bunları söyləyib:
"Mən öz işimdə kiçik bir fasilə götürmək istədim ki, Braziliyaya gedib dünya çempionatını izləyim. DÇ-yə adi turist kimi, dostlarımla gedirəm. "Qəbələ" Avropa Liqasına vəsiqə qazandı. Ona görə də işə tez başlamalı idim. Mən isə öncədən qurduğum planları pozmaq istəmədim. Bu Azərbaycan klubunun çox yaxşı perspektivi var. Çünki rəhbərlik futbola çox düzgün yanaşır. Nəyi necə etmək lazım olduğunu yaxşı bilirlər. Ona görə də tədricən öz hədəflərinə doğru gedirlər.
- Rusiya Premyer Liqasına qayıtmaq şansınız necədi?
- Bu, çoxsaylı amillərdən asılıdı.
- Məsələn, "Spartak"a kömək etməyə hazırsız?
- Gəlin konkret ad çəkməyək. Premyer Liqada çalışmaq istənilən mütəxəssisə maraqlı olardı.
