24 may 2014 21:20
Yığmamızın rəqibi Kanada ilə bacarmadı
Futbol üzrə AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Bolqarıstan seçməsi yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, sözügedən komanda Kanada yığması ilə qarşılaşıb.
Lyüboslav Panevin yetirmələri bu qarşılaşmada heç-heçəyə razılaşıblar. Görüş 1:1 hesabıyla başa çatıb.
Qeyd edək ki, Azərbaycan və Bolqarıstan yığmaları arasındakı ilk oyun bu il sentyabrın 9-da Bakıda keçiriləcək.
