24 may 2014 15:00
Elvin Məmmədov İnterdə!
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Elvin Məmmədov yeni mövsümdən "İnter" komandasında çıxış edəcək. Azerisport.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, təcrübəli futbolçuyla bir il müddətinə müqavilə imzalanıb.
Xatırladaq ki, Elvin Məmmədov vaxtilə "İnter"də çıxış etmişdi. 2007-ci ildə "Turan" klubundan "İnter"ə keçən futbolçusunun son klubu "Bakı" komandası olub.
