24 may 2014 01:22
Dmitri Selyuk: Qəbələ Syominlə müqavilə bağlamağa maraqlı olsa da, o, imtina etdi
Yuri Syominin rəsmi təmsilçisi Dmitri Selyuk Syominin “Qəbələ”dən gedişinə aydınlıq gətirib. Azeripsort.az xəbər verir ki, Selyuk “İzvestiya” nəşrinə bunları söyləyib:
“Azərbaycan Kubokunun finalından sonra Syomin yaxın günlərdə başa çatacaq müqaviləni uzatmaqdan imtina etdi. Müqavilə tərəflərin qarşılığı razılığı əsasında əməkdaşlığı davam etdirməyə imkan verirdi. “Qəbələ” Syominlə müqavilə bağlamağa müvafiq maraq göstərdi. Ancaq Syomin imtina etmək qərarına gəldi. Yuri Pavloviç müqavilə müddətində vicdanla işlədi və qarşısında qoyulmuş məqsədi - “Qəbələ”ni avrokuboklara çıxarmağı yerinə yetirdi. Syomin həqiqətən Rusiyada işləmək istəyir. Cari mövsümdə Rusiya premyer-liqasının bəzi komandalarının necə çıxış etdiyini nəzərə alsaq, bu halda, Syominin namizədliyi sadəcə, istənilir. Yuri Syominin bütün komandaları mövsümün yekunlarına əsasən, mütləq avrokuboklara çıxırlar. Syomin real uğura nail olmaq baxımından, müvafiq məşqçidir”.
