23 may 2014 12:55
Marat İzmaylov: Çox yorulmuşdum, toparlana bilmirdim
“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov azerisport.az saytına açıqlamasında komandasının ölkə Kubokunun finalında “Neftçi”yə məğlubiyyətini (1:1, pen. 2:3) şərh edib:
“Çox acıdır. Heç 11 metrlik cərimə zərbəsini vura bilmədiyimə görə yox, Kuboku qazanmadığımız üçün. Görünür, oyun ərzində çox yorulmuşdum. Toparlana bilmədim”.
Xatırladaq ki, İzmaylov finalda komandasının bərabərlik qolunu vursa da, oyunsonrası penaltilər seriyasında ifa etdiyi penaltini “Neftçi”nin qapıçısı Saşa Stamenkoviç dəf etmişdi.
