23 may 2014 12:33
Syomin Qəbələni Avroliqa oyunlarına hazırlamayacaq
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin komandanı avrokubokların başlanmasına hazırlaya bilməyəcəyini təsdiqləyib. Azerisport.az xəbər verir ki, Kubokun finalından sonra keçirilmiş mətbuat konfransında Syomin istirahətə ehtiyacı olduğunu bildirib:
“Qəbələdə ya Braziliyada olacağammı? Bizdə məzuniyyətdir. Mənə istirahət lazımdır. Mən Braziliyaya gedəcəyəm”.
Xatırladaq ki, bir müddət əvvəl Syomin bu məqsədlə bilet alındığını, otel tutulduğunu bildirmişdi. O, dostları ilə 17-26 iyun aralığında Rusiya yığmasının DÇ-nin qrup mərhələsində keçirəcəyi oyunları izləməyi nəzərdə tutub.
Bu müddətdə isə “Qəbələ” tarixində ilk avrokubok oyunlarına hazırlığa başlamalıdır. “Radarlar” Avropa Liqasının birinci təsnifat mərhələsi oyunlarını 3 və 10 iyul tarixlərində keçirəcəklər. Syominsiz bu hazırlığın necə baş tutacağı məlum deyil. Ancaq bununla belə, qeyd edək ki, Syomin “Qəbələ” ilə növbəti mövsümə müqaviləsini də hələ yeniləməyib.
