23 may 2014 00:11
Lorenzo Ebesilio: Bir qədər məyusuq
“Qəbələ”nin yarımmüdafiəçisi Lorenzo Ebesilio azerisport.az saytına açıqlamasında komandasının ölkə Kubokunun finalında “Neftçi”yə məğlubiyyətini (1:1, pen. 2:3) şərh edib:
“Bir qədər məyusuq. Ancaq kimsə qalib gəlməli idi. Özü də, biz penaltilərlə məğlub olduq. Futbol belədir. “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm”.
