23 may 2014 12:22
Neftçi avrokuboklara hazırlıq planlarını açıqlayıb
“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsinə hazırlıq planlarını açıqlayıb. Azerisport.az xəbər verir ki, Böyükağa Hacıyevin yetirmələri iyunun 5-də Bakıda toplaşacaq və sonra Türkiyəyə toplanışa yollanacaqlar.
“Flaqman” Türkiyədə beş yoldaşlıq oyunu keçirməyi nəzərdə tutub.
Xatırladaq ki, “Neftçi” Avropa Liqasında oyunlarını 17 və 24 iyul tarixlərində keçirəcək.
