23 may 2014 12:00
Elvin Yunuszadə: Ən azı, Premyer Liqadakı uğursuz çıxışımızı Kubokla sığortaladıq
“Neftçi”nin və millimizin müdafiəçisi Elvin Yunuszadə azerisport.az saytına müsahibəsində komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsi (1:1, pen. 3:2) və özünün qarşıdakı ABŞ səfəri haqda danışıb:
- Oyun haqda nə deyə bilərsiniz?
- “Qəbələ” bizim üçün asan rəqib deyil. Bu mövsümdə onlara qarşı oyunlarda bizə asan olmayıb. Ancaq biz çoxlu səy etdik və layiq olduğumuz qələbəni qazandıq.

- Düşünürdünüz ki, hər şeyi penaltilər seriyası həll edəcək?
- Xeyr. Əsas vaxtda qələbəyə ümid edirdim. Mahiyyətcə, məhz elə də olmalı idi. Ancaq gözlənilmədin cavab qolunu buraxdıq. Ancaq buna rəğmən, deməzdim ki, “Qəbələ” məğlubiyyət layiq idi. Onlar özlərini layiqli göstərdilər.

- Ancaq, güclü qalib gəldi?
- Bəli, mən hesab edirəm ki, biz daha güclü idik. Bu titula daha layiq idik.

- “Neftçi”nin bu Kubokda qələbədən doğan sevinci ötən mövsüm olduğundan daha səmimi təzahür etdi...
- Ötən mövsümdə biz Kuboku Premyer Liqada qələbədən sonra qazanmışdıq. Bu mövsüm elə uğurlu alınmadı və təbii ki, qələbədən doğan sevinc belə təzahür etdi.

- Mövsüm xilas edildi?
- Biz oynanılan iki tituldan birini qazandıq. Düşünürəm ki, razı qala bilərik. Ən azı, Premyer Liqadakı uğursuz çıxışımızı Kubokla sığortaladıq.

- Sabah (müsahibə dünən götürülüb - red.) ABŞ-a uçursunuz və milliyə qoşulacaqsınız...
- Bu axşam “Qəbələ”nin qapıçısı Kamran Ağayevlə uçuram (gülümsəyir). Yaxşı əhvalda uçacağam və ümid edirəm ki, bu toplanış və ABŞ yığmasına qarşı oyun mənim üçün Kubokun finalı kimi, uğurlu alınacaq.

- Ağayevin əhvalı elə də yaxşı olmayacaq...
- ABŞ-a uzun yol boyu ona çox da toxunmamağa çalışacağam.