23 may 2014 00:00
Neftçi mövsümü yüksək notda bitirdi
Azərbaycan Kubokunun 21-ci mövsümün qalibinə mükafatın təqdimat mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, PFL prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov “Neftçi”nin kapitanı Rəşad Sadiqova ölkə Kubokunu təqdim ediblər.
Xatırladaq ki, bir qədər əvvəl başa çatmış oyunda “Neftçi” “Qəbələ”ni məğlub edərək (1:1, pen 3:2), ölkə Kubokuna sahib olub.
