23 may 2014 11:00

Böyükağa Hacıyev: Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsini (1:1, pen. 3:2) oyundan sonra keçirdiyi mətbuat konfransında şərh edib:
“Əsl final oyunu oldu. Çox gərgin oyun keçdi. “Qəbələ” güclü komandadır. Oyundan öncə də qeyd etmişdim ki, Azərbaycanda iki titul var - çempionluq və kubok. Çempion ola bilmədik, amma kuboku qazandıq. Komandamı təbrik edirəm. Mövsüm sonunda klubla müqaviləm başa çatır. Klubun prezidenti Sadıq Sadıqovla görüşəcəyik. Qalmağımı istəsə, qalacam, getməyimi istəsə, gedəcəyəm. Heç zaman qorxmamışam. Qorxaq məşqçi uğur qazana bilməz. Müvəffəqiyyət qazanmaq üçün risk eləmək lazımdır. Bu gün Məqsəd İsayev Mahir Şükürovu, Samir Məsimov da Araz Abdullayevi layiqincə əvəzlədi. Onlar istədiyim kimi çıxış etdilər. Mahir artıq dağın zirvəsini görmüş adamdır. O, yavaş-yavaş zirvədən aşağı düşür. Məqsəd isə hələ o zirvəyə qalxmayıb. Onun məqsədi yuxarılara getməkdir. Komandada mənə heç kim etiraz edə bilməz. Komanda işçi briqada kimidir, mən də onların rəhbəriyəm. Erik Ramos Rəşad Sadıqov əvəzlənərkən, meydanın mərkəzində tək qalmışdı. Ona görə bir az pis oldu. Mən də dedim ki, narahat olma. İndi ora futbolçu göndərəcəyəm. Cavid İmamverdiyevlə Denis Silvanı əvəzləyərkən hesabı qorumağı düşünürdüm. Çünki Syomin buraxılan qoldan sonra üç hücumçu ilə oynamağa başladı. Mən də onun  taktikasına uyğun olaraq, meydana Denis Silvanı buraxıb mərkəzi gücləndirdim”.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.