23 may 2014 22:22
Ramin Musayev: Neftçi ötənilki həngamənin təkrarlanmasını istəməyib
PFL prezidenti Ramin Musayev azerisport.az saytına açıqlamasında “Neftçi”nin ölkə Kubokunun finalında “Qəbələ” ilə oyuna (1:1, pen. 3:2) çoxsaylı azarkeşlərini cəlb etməməsinə aydınlıq gətirib:
“Düşünürəm ki, “Neftçi” rəhbərliyi qərara alıb ki, finalda azarkeşləri az olsun. Onlar bilirdilər ki, “Qəbələ”nin bu oyunda azarkeşləri çox olacaq. Ancaq ehtiyat etmək qərarına gəldilər. “Neftçi”də ötənilki hadisələrin təkrarlanmasını istəmirdilər.
Xatırladaq ki, Kubokun “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilmiş ötənilki finalından sonra meydanda dava-dalaş düşmüşdü.
