23 may 2014 18:44
Ramin Musayev: Neftçi penalti vuracaq futbolçuları tez seçdi, demək, onlar buna hazır idilər
PFL prezidenti Ramin Musayev azerisport.az saytına açıqlamasında “Neftçi”nin ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsini (1:1, pen. 3:2) şərh edib:
“Oyun maraqlı və gərgin keçdi. Oyunu müxtəlif ölkələrdən qonaqlar izləyirdilər. Onlar dünənki oyunun Avropa səviyyəsindən fərqlənmədiyini etiraf etdilər: nə hakimlik, nə futbolçuların fəaliyyəti baxımından. Təşkilatçılıq haqda danışmayacağam. Penaltilər seriyasına gəlincə, zənnimcə, məşqçi bu lotereyaya hazır olmalıdır. “Neftçi”də penalti vuracaq futbolçuları tez seçdilər, demək, onlar buna hazır idilər. Mən son iki mövsümdə ölkə Kubokunda qalibin penaltilərlə müəyyənləşməsinə normal münasibət bəsləyirəm. Ancaq bu, hər yerdə baş verir. Final - bir oyundur. Burada futbolçular səhv buraxmaq istəməyərək, ehtiyat edirlər. Buna görə də, burada çox qolların vurulmasını tez-tez görmürük”.
