23 may 2014 18:33
Fariz Nəcəfov: Syomin bizə təşəkkür etdi və Lissabona yola düşdü
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına müsahibəsində artıq sabiq baş məşqçi Yuri Syominin komandadan gedişi və “radalar”ın gələcəyi haqda danışıb:
“Hələ Kubokun final oyunu ərəfəsində biz Syominin getmək istədiyini hiss edirdik. O, ağrı mövsüm keçirib və “Qəbələ” ilə tarixi uğura imza atıb. Komandanı ölkə çempionatının mükafatçıları sırasına və Kubokun finalına çıxarıb. Əlbəttə, təəssüf ki, finalda bir qədər uğur yetmədi, ancaq ümumilikdə mövsüm uğurlu alındı”, deyə Nəcəfov söhbətə başlayıb.
O, həmçinin qeyd edib ki Syomin yorulmuşdu: “Finaldan sonra biz Syominlə danışıqlar aparmaq fikrində idik. Ancaq artıq hiss edirdik ki, Palıç çox yorulub. Sözlərinə görə, gələn mövsüm komandanı daşımaq istəmir və müqaviləni yeniləmək istəyi yoxdur. Syomin bizə təşəkkür etdi və sabah Çempionlar Liqasının finalı keçiriləcək Lissabona yola düşdü”.
Qeyd edək ki, Syomin “Qəbələ”ni tərk etməsinə əvvəllər işarə vurmuşdu və qeyd etmişdi ki, DÇ-də Rusiya yığmasının iştirakı ilə keçiriləcək oyunları izləyərək, istirahət etməyi nəzərdə tutub. Axı bu müddətdə “Qəbələ” Avropa Liqasının təsnifat mərhələsinə hazırlıq keçməlidir: “O, başa düşürdü ki, yeni mövsümə hazırlıq üçün gücü yetməyəcək. Burada söhbət avrokuboklardan getmir. Yeni mövsüm ilk növbədə “Qəbələ” futbol Akademiyasının yetirmələrinin cəlb edilməsi baxımından daha əhəmiyyətlidir: onları heyətə qatmağın vaxtıdır. Bunun üçün də bizə bu işləri görə biləcək məşqçi lazımdır. Syomin isə yorğunluğunu əsas gətirdi və getdi”, deyə vitse-prezident vurğulayıb.
“Qəbələ” avromövsümə hazırlıq üçün iyunun 7-də toplanacaq. Bu vaxt qədər komandadan gedəcək məşqçilərin istədikləri futbolçularını siyahısı tərtib edilməlidir. Görünür, 67 yaşlı mütəxəssis başa düşüb ki, bütün bunları istirahət müddətində etmək mümkün deyil və müqaviləni uzatmamaq qərarına gəlib. Bu amil klubda da anlaşıqla qarşılanır və Syominin qərarına hörmətlə yanaşılır.
İndi “Qəbələ”yə yeni məşqçi lazımdır və mümkün qədər tez: “Biz baş məşqçi vəzifəsinə bir neçə namizədin adını artıq hazırlamışıq. Bütün namizədlər klubun oyunlarına baxmaq və komanda haqda məlumat toplamaq üçün vaxt istəyiblər. Ümid edirəm ki, növbəti həftə yeni baş məşqçinin adını açıqlaya biləcəyik”, deyə Nəcəfov fikrini tamamlayıb.
Yeni baş məşqçinin mayın 29-da start götürəcək III Qəbələ Kubokunda təqdim ediləcəyi istisna deyil.
