23 may 2014 17:22
Ramin Musayev: Qurbanov və Hacıyev Super Kubokun keçirilmə vaxtını razılaşdırmalıdırlar
PFL rəhbəri Ramin Musayev azerisport.az saytına müsahibəsində bildirib ki, futbol üzrə Azərbaycan Super Kuboku uğrunda oyun mütləq keçiriləcək:
“Əgər komandalar avrokuboklara hazırlıq məqsədi ilə belə bir oyuna ehtiyac duysalar, vaxt təyin etsinlər. Biz onu keçirərik. Sonra istəsələr, sonra keçirərik. Komandalarımızın avrokuboklarda iştirakı Super Kubokdan daha vacibdir.
Keçirilmə vaxtı hər iki komandanın baş məşqçisindən - Qurban Qurbanov və Böyükağa Hacıyevdən asılıdır”.
