23 may 2014 15:48
Yuri Syomin: Qəbələdəki bir il unudulmaz təəssüratlar bəxş etdi
“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syomin öz istefasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Syomin bunları söyləyib:
“Bu, mənim üçün bütün münasibətlərdə maraqlı bir il idi. Azərbaycanın aparıcı klubları ilə rəqabət apara biləcək və ölkəni beynəlxalq miqyasda təmsil etmək imkanı qazanmış yeni komanda yaratmağa nail oldum. İndi kiçik fasilə götürmək, istirahət etmək istəyirəm. Ötən mövsümü, təklifləri nəzərdən keçirmək istəyirəm. Gizlətmirəm ki, təkliflərim var. Azarkeşlərə, klub rəhbərliyinə təşəkkür edirəm. Bunlar unudulmaz təəssüratlar idi”.
(SE)
