23 may 2014 14:00

Marat İzmaylov: Həmişə peşəkar olaraq, güclü insan olaraq, qalmalısan

“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov azerisport.az saytına müsahibəsində komandasının ölkə Kubokunun finalında “Neftçi”yə məğlubiyyəti (1:1, pen. 2:3), həmin oyunda vura bilmədiyi oyunsonrası penalti və öz gələcəyi haqda danışıb:
- Nə isə düz getmədi, nə üçün siz oyunsonrası penaltilərə qədər hər şeyi həll edə bilmədiniz?
- Hesab edirəm ki, meydanda hər şeyi düz edirdik. Çox çətin, gərgin oyun idi. Əsl final idi. Təəssüf ki, penaltilər lotereyasında əldən verdik.
- Birinci hissə bir növ kəşfiyyat xarakterli keçdi və oyunçuların fəaliyyətində əminlik görünmürdü.
- Düşünürəm ki, bu normaldır. Çünki çoxları üçün bu, ilk böyük oyun idi. Ümumilikdə, başlanğıcda müəyyən gərginlik vardı. Ancaq hesab edirəm ki, futbolçular öz gərginliyinin və oyunun öhdəsindən gəldilər.
- Oyunun gedişində vurduğunuz qolla hesabı bərabərləşdirdiniz. Ancaq oyunsonrası penaltini vura bilmədiniz...
- Çox acıdır. Heç 11 metrlik cərimə zərbəsini vura bilmədiyimə görə yox, Kuboku qazanmadığımız üçün. Görünür, oyun ərzində çox yorulmuşdum. Toparlana bilmədim. Təəssüf ki, bu, birinci, ikinci dəfə deyil ki, mən finallarda penaltini bura bilmirəm. “Lokomotiv”, “Sportinq”də də belə hal yaşamışam.
- Bu sizə güclü təsir etməyəcək?
- Yox. Əlbəttə, acıdır. Ancaq futbolda həmişə peşəkar olaraq, güclü insan olaraq, qalmalısan. İndi əlbəttə, azca üzülürəm. Sonra isə yeni uğurlara hazırlaşacağam.
- Ancaq çempionatın “bürüncünü” götürdüyünüzü nəzərə alsaq, mövsümü “Qəbələ” üçün müsbət hesab etmək olar?
- Sözsüz ki, “Qəbələ” üçün bu mövsüm onsuz da uğurludur. Mən çox şadam ki, bu gurda iştirak etmişəm.
- Portuqaliya KİV-i bildirir ki, siz “Portu”nun iyul ayında Hollandiyada toplanışda iştirak edəcək futbolçularının siyahısına düşmüşünüz. Bu, belədir?
- Baxarıq. Düzünü deyim, finala qədər heç kimlə heç bir əlaqə saxlamamışam. Bu səbəbdən bu mövzu barədə söhbət aparmamışam. İndi isə “Portu” rəhbərliyi ilə gələcəyim haqda müzakirə aparıb qərar verməyə vaxt olacaq.
- Yəqin ki, ora qayıtmağa can atırsınız?
- İstənilən futbolçu ən yüksək səviyyədə oynamaq istəyir. Buna görə də, mən də istisna deyiləm.
- Eyni zamanda, yayda “Qəbələ” Avropa Liqasının hazırlıqlarına başlayır. Necə hesab edirsiniz, komandanın uğurlu çıxışına şansları necədir? “Radarlar” heç olmasa, pley-off mərhələsinə qədər gedə bilərlər?
- Bəli, əlbəttə. Düşünürəm ki, mövsümqabağı hazırlığı yaxşı keçmək lazımdır. Əgər komanda yaxşı fiziki forma yığarsa, lazımınca oynayarsa, təxmin edirəm ki, avrokuboklarda mümkün qədər uzağa getmək şansları var.
- Tezliklə Braziliyada futbol üzrə dünya çempionatı başlayacaq. Ölkənizin komandası - Rusiya yığması da DÇ-də iştirak edəcək. Qrupun tərkibi DÇ-2002-də olduğu kimi, oxşardır. O zaman siz də oynayırdınız. Komandanın şanslarını necə qiymətləndirirsiniz?
- Düşünürəm ki, biz qrupdan çıxmalıyıq. Ancaq mən proqnoz vermək istəmirəm. Mən inanıram ki, Rusiya yığması qrupdan çıxaraq irəli gedə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.