23 may 2014 13:34
Simurq ilk transferini rəsmiləşdirdi
Növbəti mövsümün transfer çalışmalarına start verən "Simurq" artıq ilk keçidi rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, Zaqatala klubu yarımmüdafiəçi Samir Zərgərovla müqavilə imzalayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün çalışacaq. Samir "Simurq"un heyətində "6" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Zərgərov 2011-ci ildən "İnter"də çıxış edirdi. O, 2004/05 mövsümündə "Ədliyyə"də, 2005-2009-cu illər aralığında "Qəbələ"də, 2009/10 mövsümündə "Standard"da çıxış edib. "İnter"ə isə o, "Gəncə"dən transfer olunmuşdu.
