23 may 2014 13:25
Simurqun 8 futbolçusu ilə müqaviləsinin müddəti bitdi
"Simurq"un səkkiz futbolçusu ilə müqaviləsinin vaxtı bitib. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bunlar kapitan Ruslan Poladov, Tagim Novruzov, "Neftçi"dən icarə əsasında heyətə cəlb edilən Nicat Qurbanov, Stepan Polyak, Dilaver Zrnanoviç, Raul Kostin, Anderson Oliveyra və "Bakı"dan icarəyə götürülən Mindauqas Kalonasdı.
Ancaq onlardan bir neçəsi ilə hazırda danışıqlar aparılır və yaxın günlərdə ortaq məxrəcə gəlinsə, yeni müqavilə imzalanacaq.
"Simurq" komanda ilə yollarını ayıran futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb, klubun uğurları üçün mübarizə apardıqlarına görə təşəkkür edib.
