İnterin Avropa Liqasındakı 31 potensial rəqibi bəllidi
Azərbaycanı Avropa Liqasında təmsil edəcək "İnter"in bu turnirin ilk təsnifat mərhələsində rəqibi ola biləcək 38 potensial rəqibindən 31-ci artıq məlumdu. Azerisport.az sizi həmin siyahı ilə tanış edir:
Şirak (Ermənistan), Mika (Ermənistan), Veris (Moldova), Derri Siti (İrlandiya), Sioni (Gürcüstan), Hibernians (Malta), Slima Uonderers (Malta), Astana (Qazaxıstan), Fram (İslandiya), Yelqava (Latviya), Vikinqur (Farer adaları), Kayrat (Qazaxıstan), Laçi (Albaniya), Turnovo (Makedoniya), Dandalk (İrlandiya), VPS (Finlandiya), Styarnan (İslandiya), Banqa (Litva), Dauqava (Riqa, Latviya), Lovçen (Çernoqoriya), Torshavn (Farer adaları), UE Santa-Koloma (Andorra), Şillamae Kalev (Estoniya), Atlantas (Litva), Fuqlafyordur (İslandiya), Eyrbas (Uels), Qlenavon (Şimali İrlandiya), Libertas (San-Marino), Ebirstvit Taun (Uels), Santos (Estoniya), Kollec Avropa (Cəbəllütariq).
Təmsilçimizin daha 7 potensial rəqibinin kimliyinə bundan sonra aydınlıq gələcək. Səpələnməmişlər səbətindəki digər komanda isə "Qəbələ"di ki, bu klub "İnter"ə rəqib ola bilməz.
Qeyd edək ki, "İnter" Avroliqanın püşkatması zamanı səpələnmişlər səbətində yer alacaq ki, bu da komandamızın daha zəif rəqiblərin yer aldığı səpələnməmişlər səbətindən bir komanda ilə düşəcəyinə işarədi.
İlk təsnifat mərhələsinin oyunları iyulun 3-10-da keçiriləcək. Püşkatma mərasimi isə iyunun 23-də baş tutacaq.
