23 may 2014 01:00
Samir Məsimov: Mənim üçün Avropa klublarının diqqətinə düşmək vacibdir
“Neftçi”nin yarımmüdafiəçisi Samir Məsimov azerisport.az saytına müsahibəsində komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsi (1:1, pen. 3:2), həmin oyunda vurduğu qol və qarşıdakı avrokuboklar mövsümü haqda danışıb:
- Qələbə münasibəti ilə sizi təbrik edirik. Sizin üçün ilk finalınız necə təsir bağışladı?
- Bəli, bu, mənim ilk finalımdır. Oyunqabağı bir qədər həyəcanlı idim. Həm mənim üçün və həm də komanda üçün bu oyun çox vacib idi. Çempionatda ikinci və üçüncü yerləri əldən verib dördüncü olmuşduq. Buna görə də, mövsümü yüksək notda bitirmək istəyirdik ki, fasiləyə yaxşı əhvalda yollana bilək.

- Söz düşmüşkən, məhz siz ikinci hissənin əvvəllərində hesabı açdınız. Buna rəğmən, birinci hissədə elə də yaxşı görünmürdünüz...
Oyunqabağı bir qədər həyəcanlı idim. Bəlkə də bu səbəbdən ilk dəqiqələrdə öz oyunumu göstərə bilmədim. Qol vəziyyətində oyunu üzərimə götürməyi qərar aldım və şadam ki, dəqiq zərbə endirdim.

- Buna rəğmən, nə üçün ilk 45 dəqiqədə elə də inamlı təsir bağışlamırdınız və tez-tez geriyə oynayırdınız?
- Bəzən irəli gedişlər sadəcə, yox idi. Geriyə oynamaq lazım gəlirdi ki, topu saxlayaq.

- Yəqin ki, oyunu qalibin penaltilərlə müəyyən edilməsinə qədər uzatmaq istəmirdiniz?
- Bəli, qalibi 90 dəqiqə ərzində müəyyən etmək istəyirdik. Ancaq elə alındı ki, 11 metrlik zərbələrə gedib çıxdıq. Hər halda, məşqlərdə penaltilər üzərində nahaqdan işləmirdik. Buna görə də, hazır idik.

- İndi “Neftçi” öz yolunu Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayacaq. Qarşıdakı avromövsümdən həm komanda və həm də özünüz üçün nə gözləyirsiniz?
- Bilmirəm. Baxarıq. Mənə gəlincə, əsası, məşqçi etibar etsin, mən isə meydana çıxım və öz işimi görüm. Mənim üçün Avropa klublarının diqqətinə düşmək vacibdir. Avropada oynamaq istəyirəm və buna hazır olduğumu bilirəm.