22 may 2014 12:40
Estoniyanın üçüncü divizion klubu rəqibimiz ola bilər
Estoniyanın üçüncü divizion klubu “Santos Tartu” Avropa Liqası təmsilçilərimizdən birinin Avropa Liqasında rəqibi ola bilər. Azerisport.az xəbər verir ki, Algimantas Lyubinskasın komandası Estoniya Kubokunun finalına çıxıb və Estoniya çempionu “Levadiya” ilə qarşılaşacaq.
UEFA-nın reqlamentinə əsasən, “Santos Tartu” Avropa Liqasının birinci təsnifat mərhələsində oynamaq hüququnu artıq əldə edib. Bu mərhələdə həmçinin, ölkə çempionatının mükafatçıları mübarizə aparır.
Xatırladaq ki, “İnter” Avropa Liqasının birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. “Qəbələ” və “Neftçi” isə ölkə Kubokunun finalında qarşılaşacaq. Qalib ikinci, məğlub isə birinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
