22 may 2014 12:25
Mövsümün son turunun ən yaxşıları
Topaz Premyer Liqasında 36-cı turun rəmzi komandası açıqlanıb. Azerisport.az xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən mövsümün son turunun ən yaxşı 11-liyi aşağıdakı kimidi:
Qapıçı - Pavel Doroşev (Neftçi);
Müdafiəçilər – Vanderson Skarduelli (Xəzər Lənkəran), Tyeqo de Xesus (Xəzər Lənkəran), Maksim Medvedev (Qarabağ), Tural Cəlilov (Xəzər Lənkəran);
Yarımmüdafiəçilər – Fuad Bayramov (İnter), Benjamin Lambot (Simurq), Elnur Abdullayev (Xəzər Lənkəran), Vüqar Nadirov (Qarabağ);
Hücumçular – Dieqo Madriqal (İnter), Ayaz Qasımov (AZAL).
Topaz Premyer Liqasının 36-cı turunun ən yaxşı oyunçusu isə “İnter”in futbolçusu Dieqo Madriqaldı.
