22 may 2014 00:26
Qəbələni kubokun finalında ən azı 20 avtobusluq azarkeş dəstəkləyəcək
"Qəbələ" bu gün keçiriləcək Azərbaycan Kubokunun final oyununda azarkeşsiz qalmayacaq. Azerisport.az xəbər verir ki, bu komandanı "Neftçi" ilə həlledici qarşılaşmada dəstəkləmək üçün Qəbələdən Bakıya 20 avtobusluq azarkeş təşrif buyuracaq.
Bütövlükdə isə, bölgə klubunu finalda 6 min azarkeşin dəstəkləməsi gözlənilir.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması bu gün Tofiq Bhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
