22 may 2014 00:19
Finalın baş hakimi bəlli oldu
Bu gün keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının baş hakimi müəyyənləşib. Azerisport.az xəbər verir ki, "Qəbələ" və "Neftçi" klublarının üz-üzə gələcəyi həlledici qarşılaşmanı FİFA referisi Əliyar Ağayev idarə edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
