22 may 2014 00:12

Azərbaycan kubokunda rekordçu-debütant dueli

Bu gün keçiriləcək Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gələcək.

Bəribaşdan qeyd edək ki, bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşəcək. Belə ki, "Qəbələ" və "Neftçi" indiyədək heç vaxt kubokda görüşməyiblər.

Əvəzidə bu komandalar 24 çempionat oyununda üz-üzə gəlib. Premyer Liqadakı son oyunda “Qəbələ” rəqibinə qalib gəlsə də, ümumilikdə bakılılar daha çox qələbə qazanıblar. Belə ki, "Neftçi"nin 12 dəfə məğlub etdiyi bölgə təmsilçisinin aktivində 7 belə uğurlu oyun var. Daha 5 qarşılaşmada isə tərəflər qalibi müəyyənləşdirə bilməyiblər. Top fərqində də "Neftçi" öndədi - 35:23.

Bu klubların cari kubok mövsümündəki qısa yoluna nəzər salsaq, görərik ki, "Neftçi" mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Öncə "Kəpəz"i (1:0) məğlub edən "ağ-qaralar" 1/4 finalda da "İnter"i mübarizədən kənarlaşdırıb. İlk oyunda səfərdə 1:1 hesablı heç-heçə doğma meydanda qolsuz 90 dəqiqə keçirən "Neftçi"ni yarımfinala daşıyıb. Həlledici oyun öncəsi isə Böyükağa Hacıyevin komandası "Rəvan"dan güclü olub (1:1, 3:1).

"Qəbələ" də mübarizəyə 1/8 finaldan başlayıb. Startda "Mil-Muğan"dan üstün olan (2:1) Yuri Syominin yetirmələri ardından "Qarabağ"ı mübarizədən kənarlaşdırmağı bacardı. Yeni ölkə çempionu ilə doğma meydanda qolsuz heç-heçəyə razılaşan "Qəbələ" səfərdə 2:1 hesablı qələbə sayəsində yarımfinala yüksəldi. Yarımfinalda isə bu komanda "Xəzər Lənkəran"dan üstün oldu (3:1, 1:1).

"Qəbələ" indiyədək kubokda heç vaxt finala yüksəlməmişdi. Bölgə klubu ilk dəfə imza atdığı bu uğuru indi baş mükafatı qazanmaqla daha da parlaqlaşdıra bilər. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıdı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanıb. Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman son anda məğlubiyyətlə üzləşib. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə bu komanda kubokun baş mükafatına sahib çıxıb. Bir sözlə, "Neftçi" bu göstəricisinə görə, rekordçudu. Ölkə kubokunun hazırkı sahibi olan bu komanda titulunu qorumağı bacarsa, rekordunu bir qədər də yeniləyə və əsas rəqibləri üçün əlçatmaz ola bilər.

Qeyd edək ki, hər iki komanda artıq avrokuboklara vəsiqə qazanıb. Amma bu oyunda tərəflər kuboka sahib çıxmaqla yanaşı, həm də avrokuboklar baxımından əhəmiyyət daşıyan mühüm bir üstünlük qazanmaq üçün yarışacaqlar. Məsələ burasındadı ki, kuboku qazanan komanda birbaşa Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizə aparmaq şansı qazanmış olacaq. Digər komanda isə ilk təsnifat mərhələsindən mübarizəyə başlayacaq.

"Qəbələ"nin mövsümü bürünc medallarla başa vurması bu komandanın finala daha arxayın çıxmasına şərait yarada bilər. "Neftçi" isə Premyer Liqanı mükafatsız bitirdiyindən bu komandanın üzərində psixoloji basqının olması istisna deyil. Hər halda Hacıyevin komandası mövsümü titulla başa vurmaqla Premyer Liqadakı uğursuzluğu unutdura bilərlər.

Azərbaycan Kuboku
Final

22 may

20:00. Qəbələ - Neftçi
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.