22 may 2014 12:00
Brüs Abdulaye: İnterin təklifi məni qane etmir
“İnter”in müdafiəçisi Brüs Abdulaye azerisport.az saytına açıqlamasında bildirib ki, “bankirlər”lə yeni müqaviləni hələlik imzalamayıb:
“Mən “İnter”lə müqaviləni artıq uzatdığım haqda haradasa oxumuşam. Bu, həqiqətə uyğun deyil. Biz sadəcə olaraq, yeni müqavilənin şərtləri haqda danışmışıq. Ancaq onlar məni qane etmir. Belə ki, mənim başqa bir Azərbaycan klubundan təklifim var. Düşünürəm ki, hər şey yaxın günlərdə məlum olacaq”.
