22 may 2014 11:44
Mirça Rednik: Mən yüksək əməkhaqqı istəyirəm, Xəzər Lənkəranın təklifi isə maddi cəhətdən sərfəlidir
Rumıniyalı mütəxəssis Mirça Rednik bildirib ki, “Xəzər Lənkəran”a qayıtmağa razılıq verib. Azerisport.az Rednikin müsahibəsini diqqətinizə çatdırır:
- Siz keçəcəyiniz komandanı müəyyən etmisiniz?
- Hələ qərara gəlməmişəm. Müxtəlif komandalarla danışıqlar aparıram. Belçikanın “Mehelen” klubundan təklif vardı. Ancaq mən imtina etdim. “Mən Xəzər Lənkəran”la fəal surətdə danışıqlar aparıram. Orada məni yaxşı tanıyırlar. Orada bir neçə il qabaq işləmişəm və razılığımı verdim.
- Nə üçün “Mehelen”dən imtina etdiniz?
- Mən danışıqları dayandırdım, çünki, məyus idim. Düzünü deyim, “Standart” və “Genk”də işimdən sonra acı təəssüratlarım var. Onlar bizim çempionatın pley-off mərhələsinə çıxmağımızı istəyirdilər və biz çıxdıq. Onlar heyətdə gəncləri görmək istəyirdilər. Mən gənclərə yer verdim. Buna rəğmən, onlar məni qovdular.
- Elə buna görə də siz Azərbaycana köçürsünüz?
- Əmin deyiləm. Biz hələ heç kimlə müqavilə bağlamamışıq. Düzü, mən azərbaycanlıların təklifində maraqlıyam: belə ki, bu təklif maliyyə nöqteyi-nəzərindən sərfəlidir. Mən yüksək əməkhaqqı istəyirəm.
- Yəni, cavab verməyə hələ tələsmirsiniz?
- Bəli. Çünki mənim Rusiya və Qətərdən təkliflərim var.

(Prosport)