22 may 2014 23:40
Rəşad Sadiqov: Əsas vaxtda qalib gələ bilərdik
“Neftçi”nin kapitanı Rəşad Sadiqov azerisport.az saytına açıqlamasında komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsini (1:1, pen. 3:2) şərh edib:
“Düşünürəm ki, mövsümün yekunlarına əsasən, Kubokda qələbəyə layiq idik. Əsas vaxtda da qalib gələ bilərdik. Ancaq hər şey penaltilər seriyasında həll edildi və biz bu seriyada dəqiq olduq. Növbəti titula şadam”.
