22 may 2014 23:11
Neftçi və Qəbələ Avroliqada yerini dəqiqləşdirdi
“Neftçi” Avropa Liqasının ikinci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Azerisport.az xəbər verir ki, bir qədər əvvəl ölkə Kubokunun finalında “Flaqman”a məğlub olmuş (1:1, pen. 2:3) “Qəbələ” isə turnirdə mübarizəyə birinci təsnifat mərhələsindən qoşulacaq (3-10 iyul).
Komandaların rəqibləri iyunun 23-də İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma zamanı məlum olacaq.
