22 may 2014 11:11

Aslan Kərimov: Qəbələ psixoloji baxımdan bir addım öndədir

Veteran futbolçu, milli komandanın məşqçisi Aslan Kərimov Azərbaycan kubokunun finalı barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, ötənlərin məşhur futbolçusu gərgin oyun olacağını bildirib:
“Son dövrlərin ən gərgin final qarşılaşması olacağını düşünürəm. Hər iki komandanın heyətində səviyyəli futbolçular çıxış edir. Öz aralarındakı oyunlar da gərginliyi ilə yadda qalıb. Çempionatın son oyununda “Qəbələ”nin səfərdə “Neftçi”ni məğlub etməsini xatırlamaq kifayətdir. Ardıcıl 3 il çempion olan, ötən mövsüm kuboku qazanan flaqman bu mövsümü medalsız başa vurmaq niyyətində deyil. Əgər kuboku qazanması, bu il onlar üçün uğursuz hesab olunacaq”.
Bu cür qarşılaşmalarda psixoloji hazırlığın əhəmiyyətli olduğunu vurğulayan millimizin məşqçisi şansları dəyərləndirərkən “Neftçi”nin heyətindəki itkiləri xatırladıb:
“Şanslara gəlincə, konkret hansısa komandanın üstün olduğunu demək çətindir. Bu cür görüşlərdə əsasən psixoloji hazırlıq əsas rol oynayır. Əlbəttə heyətdəki itkilər də oyuna təsirsiz ötüşməyəcək. Misal üçün, Mahir Şükürovun cəzalı, Araz Abdullayevin zədəli olması “Neftçi” üçün ciddi itkidir. Bununla belə, meydana çıxacaq futbolçuların kuboku qazanmaq üçün sonacan mübarizə aparacaqları istisna deyil. Məncə, şanslar 50-nin 50-yədir”.
Hər iki komandanın heyətində fərdi ustalığı yüksək səviyyədə olan futbolçuların yer aldığını vurğulayan “Qarabağ”ın sabiq üzvü “Qəbələ”nin psixloji cəhətdən bir addım öndə olduğunu sözlərinə əlavə edib:
“Yuxarıda qeyd etdiyim kimi, bu cür final oyunlarını psixoloji hazırlıqla yanaşı futbolçuların fərdi ustalığı həll edir. Hər iki komandanın heyətində fərdi ustalığı yüksək səviyyədə olan futbolçular var. Həlledici məqamda son vuruşu dəqiq yerinə yetirən komanda sonda qələbəni bayram edəcək. “Qəbələ”nin son oyunda “Neftçi” üzərində qələbə qazanması futbolçuların özlərinə olan inamını bir qədər də artırıb. Fikrimcə, psixoloji hazırlıq baxımından “Qəbələ” bir addım öndədir”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.