22 may 2014 11:00
Mahir Şükürov: Ürəyim Neftçinin yanındadır
Mahir Şükürov Azərbaycan Kubokun final oyunu barədə fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Şükürov bunları söyləyib:
“Kubokun final oyununda “Neftçi” və “Qəbələ” komandaları üz-üzə gələcək. Həlledici qarşılaşma hər iki komanda üçün çətin olacaq. “Qəbələ” ilk dəfə çıxdığı finalda kuboku qazanmağa çalışacaq. Biz isə kuboku əldən verməmək üçün mübarizə aparacağıq. Ürəyim komanda ilə birlikdədir. Oyundan əvvəl zəng edib komanda yoldaşlarıma dəstək olacağam. İnanıram ki, “Neftçi”nin adına layiq mübarizə aparıb kuboku qazanacağıq.
“Təəssüf ki, həlledici görüşdə komandama dəstək ola bilməyəcəm. Komandanın bir üzvü kimi bu məni çox məyus edir. Bununla belə, komandamın yanında olmasam da, millinin düşərgəsindəyəm. Kimliyindən asılı olmayaraq, meydana çıxacaq hər bir futbolçu komandanın uğur qazanması üçün çalışacaq”.
