22 may 2014 23:00
Böyükağa Hacıyev: Syominin qarşısında kimsə dayanmalı idi və bu kimsə, mən oldum
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında komandasının ölkə Kubokunun finalında “Qəbələ” üzərində qələbəsini (1:1, pen. 3:2) şərh edib:
“Stamenkoviç oyunun qəhrəmanıdır. “Neftçi” ardıcıl üçüncü ildir ki, finala çıxır. Oyun ağır keçdi. Futbolçularıma qələbəyə görə təşəkkür edirəm. Komandamız qurulmuş komandadır, istənilən rəqibə problem yarada bilərik. Syominin qarşısında kimsə dayanmalı idi və bu kimsə, mən idim”.
