22 may 2014 17:44
Reynaldo mövsümün ən yaxşı futbolçusudur
Azerisport.az “Instat Football” şirkətinin müvafiq yekunlarına əsasən, TPL-in 2013-2014-cü illər mövsümünün rəmzi yığmasını diqqətinizə çatdırır:
Qapıçı: Qriqori Lomaya (“İnter”);
Müdafiəçilər: Bruno Bertuççi, Mahir Şükürov, Denis Silva (hamısı: “Neftçi”), Yohan Bokanyano (“İnter”);
Yarımmüdafiəçilər: Derlis Meza Kolli (“İnter”), Riçard Almeyda, Reynaldo, Leroy Corc (hamısı: “Qarabağ”);
Hücumçular: Çumbinyo (“Qarabağ”), Ernest Nfor (“Neftçi”).
Ehtiyat oyunçular: İbrahi Şehiç, Ansi Aqoli, Maksim Medvedev, Rəşad Sadıqov (hamısı: “Qarabağ”), Karlos Kardoso, Rəşad Sadiqov, Erik Ramos, Flavinyo, Araz Abdullayev (hamısı: “Neftçi), Vaqif Cavadov, Baçana Sxadadze (hər ikisi: “İnter”)
Çempionatın ən yaxşı oyunçusu Reynaldodur (“Qarabağ”).
