22 may 2014 16:11

Rəşad Sadiqov: Qəbələni məğlub etməkdən başqa, çıxış yolumuz yoxdur

"Neftçi"nin futbolçusu Rəşad Sadiqov azerisport.az saytına müsahibəsində Azərbaycan Kubokunun finalına hazırlıqdan, "Qəbələ"nin üstün cəhətlərindən, mövsümün yekunlarından danışıb:

- Cari mövsümü “Neftçi” üçün necə qiymətləndirmək olar?
- Mövsümə Azərbaycan Kubokunun finalından sonra qiymət vermək istərdim. Gəlin, finalı gözləyək. “Neftçi” bu oyuna çox ciddi hazırlaşıb. İtkilərimizin olduğunu anlayırıq. Eyni zamanda, başa düşürük ki, bu Kubok bizə ötən ildən daha çox lazımdır. Çempionatda istədiyimizi qazanmadıq, ona görə kubokdakı qələbə ilə mövsümü major notda başa vurmaq mümkündür.

- "Neftçi"nin şansları necədir?
- Şanslar bərabərdir. Heç kim tərəfdən təzyiq hiss etmirik. Sadəcə, meydana çıxıb futbol oynamaq lazımdır. Çempion ola bilmədik, heç olmasa, Kuboku özümüzdə saxlayaraq. İndiki vəziyyətdə “Qəbələ”ni məğlub etməkdən başqa çıxış yolumuz yoxdur. Bu şansı əldən vermək olmaz. Kubokda uzun və çətin oyunlarla zəngin yol keçdik. Kolleksiyaya daha bir titul əlavə etmək lazımdır.

- “Qəbələ” haqda nə söyləyə bilərsən?
- Rəqib güclü heyətə malikdir. Finala çıxan komanda zəif ola bilməz. “Qarabağ” və “Xəzər Lənkəran”ı üstələməklə, özlərini sübut ediblər. Yarımmüdafiə və hücum xətti çox güclüdür. Asan görüş olmayacaq. Çempionatdakı oyunu unutmuşuq. Əsas kuboku qazanmaqdır. Futbolçularımızın qələbəyə gücü çatacaq.

- Rəqib düşərgədə qapıçı Kamran Ağayev əsas futbolçulardan sayılır...
- Ağayev yaxşı qapıçıdır. Amma qələbə qazanmaq istəyiriksə, gərək, Ağayevə qol vuraq. Başqa yol yoxdur. Qələbə lazımdır, deməli qol vurmalıyıq. Ona görə müdafiədə oturmaq fikrimiz yoxdur. Əsas məqsəd, azarkeşlərə baxımlı və layiqli futbol göstərməkdir. Biz bir qapıçıya qarşı oynamırıq, ona görə bütün komandaya köklənirik.

- 90 dəqiqə yoxsa, penaltidə qələbə qazanmaq istərsiniz?
- Qələbə hər zaman qələbədir. Ona görə hesab vacib deyil. Biz komanda kimi mübarizə aparacağıq. Sözsüz, 90 dəqiqədə həll etsək, daha yaxşı olar. Penaltilərdə həyəcan və gərginlik olur. Həm də, oyunda qol vurub qələbə qazanmaq, ayrı ləzzətdir. Əsas vaxtda hər şeyi həll etsək, daha yaxşıdır. Penaltidə bilmirsən, kimin bəxti var.

- Neftçi finalda uduzsa, nə baş verəcək?
- Dünyanın sonu deyil. Hamı bir-birimizi tanıyırıq. Futbolda belə şeylər olur. Ona görə deyirəm, diqqətli olmaq lazımdır. Uduzsaq, bunu faciəyə çevirmək olmaz. Finala qədər gəlmək də asan deyil. Heç bir komanda daim qələbə qazanmağı bacarmır. Bununla belə, mövsümün son görüşündə qələbə qazanmaq arzusundayıq. 

- Səncə, Yuriy Syomun “Neftçi”ni yaxşı təhlil edib?
- Məşqçilərin işi meydanda görünəcək. Xahişimiz azarkeşlərin stadiona gəlməsidir. Yalnız bu halda, biz daha da ruhlanırıq. Finalda anşlaq olsa, daha möhtəşəm alınar. “Neftçi” olaraq, bilirəm ki, azarkeşlər mövsümü titulla başa vurmaq istəyir. Azarkeşlər gəlib bizi dəstəkləsin, biz əlimizdən gələni edəcəyik. Məşqlərdə həvəslə çalışırıq. Azərbaycan Kubokunda qələbədən sonra avrokuboklara rahat hazırlaşa bilərik. Kuboku Bakıda saxlamaq üçün çalışacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.