22 may 2014 16:00
Norveçli yarımmüdafiəçi millimizə qarşı oyunda iştirak etməyəcək
Gənclərdən ibarət Norveç yığmasının yarımmüdafiəçisi Qustav Valsvik AÇ-nin təsnifat mərhələsində millimizə qarşı iştirak edəcək komandanın heyətindən xaric edilib. Azerispoort.az Norveç KİV-nə istinadən xəbər verir ki, buna səbəb, futbolçunun davranışıdır.
Belə ki, futbolçu mayın 18-də nəqliyyat vasitəsini sərxoş halda idarə edərkən saxlanılıb.
Qeyd edək ki, futbolçu haqda çıxarılmış müvafiq qərar, ömürlük deyil və yalnız millimizə qarşı oyunda qüvvədə olacaq.
