22 may 2014 15:44
Marat İzmaylov Portuya qayıdır
“Qəbələ”nin yarımmüdafiəçisi Marat İzmaylov “Portu”nun heyətinə qayıdacaq. Azerisport.az Portuqaliya KİV-nə istinadən xəbər verir ki, futbolçunun agentinin sözlərinə görə, futbolçu “Portu”nun 12-19 iyul aralığında keçiriləcək mövsümqabağı toplanışlarında iştirak edəcək.
Xatırladaq ki, 31 yaşlı İzmaylov 2014-cü ilin əvvəllərində “Qəbələ”də icarə əsasında çıxış edir.
