22 may 2014 14:55
Novruz Əzimov: İstərdim, Kubok Neftçiyə qismət olsun
2012-ci ildə “Bakı” klubu ilə Azərbaycan Kubokunu qazanmış sabiq baş məşqçi Novruz Əzimov azerisport.az saytına açıqlamasında Azərbaycan Kubokunun bu gün keçiriləcək final görüşündə "Neftçi"nin "Qəbələ"yə qalib gəlməsini istədiyini deyib:
“Hər iki komandanın şansları bərabərə yaxındır. Bir qədər “Neftçi”yə üstünlük verərdim. 51%-in 49%-ə nisbəti kimi. “Qəbələ” yaxşı heyətə malikdir. “Neftçi” bürünc medalı kuboka qurban verdi. Ona görə indi gərək ümidləri doğrultsun. Hər iki komandada hücumçular yaxşı keyfiyyətlərə malik olduğu üçün azarkeşlər çoxlu qol izləyəcək. Vaxtı ilə “Neftçi”də oynadığım üçün bu komandaya azarkeşlik edəcək. İstərdim ki, kubok “Neftçi”yə qismət olsun”.
