Mircavadov: Kuboku kimin qazanacağını öncədən demək çox çətindi
Təcrübəli futbol mütəxəssisi Ağasəlim Mircavadov Azərbaycan Kuboku uğrunda "Neftçi" və "Qəbələ" klubları arasında keçiriləcək final matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Kubok oyunları çempionatdakı görüşlərdən fərqlənir. Bu, bütün dünyada belədi. Kubokdakı uğuru səciyyələndirən daha bir amil qalibin Avropa Liqasına birbaşa vəsiqə qazanmasıdı. Kimin qalib gələcəyini proqnozlaşdırmaq çətindi. Fikrimcə, ilk növbədə komandaların psixoloji durumuna, daha sonra isə fiziki hazırlığına nəzər salmaq lazımdı. Hər iki komanda son oyununu beş gün öncə keçirib. Baş məşqçilərin komandanı finala necə hazırlamasından, liderlərin ən yaxşı oyunlarını sərgiləmələrindən də çox şey asılıdı. "Neftçi" elə komandadı ki, hər mövsüm titul qazana bilir. Bu mövsüm Premyer Liqada dördüncü olublar. Amma "Qəbələ" də yalnız bürünc medalla kifayətlənmək istəmir. Yuri Syominin komandasının orta xətti çox güclüdü. Yenə də deyirəm ki, qalibin kimliyini öncədən söyləmək çox çətindi".
