22 may 2014 22:47

Neftçi kubokun qalibidi!

Bu gün keçirilən Azərbaycan kubokunun final oyunu ilə 2013/14 mövsümünə yekun vurulub. Azerisport.az xəbər verir ki, həlledici görüşdə “Qəbələ” və “Neftçi” üz-üzə gəlib.

Bu klublar Azərbaycan kubokunda ilk dəfə görüşürdü. "Qəbələ" ilk dəfəydi kubokda finala yüksəlmişdi. "Neftçi" isə ölkə kuboklarının ən uğurlu komandasıydı. Paytaxt təmsilçisi indiyə qədər 8 dəfə kubokun finalında oynamaq şansı qazanmışdı. Bunların ikisində (2000/2001, 2011/2012 mövsümləri) flaqman son anda məğlubiyyətlə üzləşmişdi. 1994/1995, 1995/1996, 1998/1999, 2001/2002, 2003/2004, 2012/2013 mövsümlərində isə bu komanda kubokun baş mükafatına sahib çıxmışdı. Baxmayaraq ki, onlardan biri rəsmən tanınmır.

Bu finalda da gülən "Neftçi" oldu. Əsas və əlavə vaxtda qalibi müəyyənləşdirə bilməyən tərəflər sonda kubokun taleyinə penaltilərlə aydınlıq gətirdilər. Həlledici zərbələri daha dəqiq yerinə yetirən "ağ-qaralar" növbəti dəfə kuboku başları üzərində qaldırmış oldular. "Neftçi" bununla eyni zamanda Avropa Liqasında mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlamaq şansı qazandı.

Azərbaycan Kuboku
Final

22 may

QƏBƏLƏ - NEFTÇİ - 1:1 (penaltilər - 2:3)
Qollar: S.Məsimov, 53 (0:1), M.İzmaylov, 72 (1:1).
Sarı vərəqələr: D.Erqaşev, 19, R.Santos, 32, E.Ramos, 55, E.Yunuszadə, 60, C.İmamverdiyev, 63, R.Məlikov, 70, R.Tağızadə, 98, K.Kardoso, 109.
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Rauf Cabbarov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ömər Paşayev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Penalti seriyası
Marat İzmaylov - 0:0 (qapıçı)
Erik Ramos - 0:1
Rafael Santos - 0:1 (kənara)
Flavinyo - 0:2
Rodriqes Assis - 1:2
Denis Silva - 1:2 (qapıçı)
Nizami Hacıyev - 2:2
Bruno Bertuççi - 2:3
İbrahima Niasse - 2:3 (qapıçı)

QƏBƏLƏ: 1. Kamran Ağayev (k), 2. Rail Məlikov, 7. Marat İzmaylov, 8. Nizami Hacıyev, 9. Viktor Mendi (19. Abdulvahid Afolabi, 108), 10. Dodo, 14. Lorenso Ebesilio (22. Rodriqes Assis, 118), 16. Ruslan Tağızadə, 18. İbrahima Niasse, 44. Rafel Santos, 46. Davronjon Erqaşev (31. Daniel Subotiç, 57).
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 42. Leonardo da Silva, 45. Murad Musayev, 88. Müşfiq Teymurov.
NEFTÇİ: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 6. Rəşad Sadiqov (k) (23. Ruslan Qurbanov, 86), 9. Flavinyo, 10. Cavid İmamverdiyev (3. Denis Silva, 66), 15. Erik Ramos, 16. Bruno Bertuççi, 21. Samir Məsimov (8. Elşən Abdullayev, 96), 22. Məqsəd İsayev, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 5. İqor Mitreski, 14. Bahodir Nasimov, 19. Mirhüseyn Seyidov.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.