21 may 2014 12:55

Özkara: Ümid edirəm ki, ABŞ-da məhsuldar toplanış və uğurlu oyun keçirəcəyik

Millimizin və “Sivasspor”un hücumçusu Cihan Özkara azerisport.az saytına müsahibəsində klubla müqaviləsinin artırılması, ABŞ səfəri və millimizin həmin ölkənin yığmasına qarşı keçirəcəyi oyun haqda danışıb:

- “Sivasspor” sizinlə ikiillik müqavilə imzalayıb. Bu barədə nə deyə bilərsiniz?
- mən və menecerim klub prezidenti ilə görüşdük. Razılaşdıq və iki il müddətinə müqavilə imzaladıq. Buna rəğmən, müqavilə imzalayacağımı əvvəlcədən bilirdim. Şifahi olaraq, biz çoxdan razılığa gəlmişdik.

- Son vaxtlar siz oynamaq üçün az vaxt alırdınız. Müqavilə imzalamaq ərəfəsində çətinlikləriniz olmayıb?
- Klub mənim xidmətlərimdə maraqlı idi. Elə növbəti mövsümə komanda qurmağa başlayan Roberto Karlos kimi. Gördüyünüz kimi, mənə də orada yer tapılıb. Az oyun vaxtına gəlincə, Burada problem görmürəm. Bu, Karlosun taktiki düşüncəsi idi. Əsası, mən komandada qaldım və biz mövsümə olan tapşırıqlarımıza nail olduq.

- Növbəti mövsümdə Avropa Liqasında oynamaq şansınız olacaq...
- Bəli, mən özüm də bu turnirdə uğurla çıxış etmək istərdim. Bu, artıq yeni səviyyədir. Ümid edirəm ki, yeni mövsümdə daha çox oynaya cağaım.

- Yığmanın ABŞ toplanışına nə üçün gec yollanacaqsınız?
- Problemlər vizanın alınması ilə bağlı ortaya çıxdı. Komandaya mayın 21-də qoşulacağam (müsahibə bir gün əvvəl götürülüb - red.).

- Orada olmusunuzmu və Amerikaya səfər ərəfəsində hansı hissləri keçirirsiniz?
- İlk dəfədir ora gedirəm. Hisslərə gəlincə, xüsusi bir hissim yoxdur. Axı mən orada istirahətə hazırlaşmıram. İşləyəcəyik. Ancaq digər tərəfdən, yeni ölkədir. Ümid edirəm ki, məhsuldar toplanış və uğurlu oyun keçirəcəyik.

- Bəs ABŞ-la oyunun nəticəsinə gəlincə?
- Bizi asan oyun gözləmir. Rəqib yüksək səviyyədədir və qarşıdakı DÇ-nin iştirakçısıdır. Bu, bizim üçün yaxşı sınaqdır. Yaxşı oyun və nəticə göstərmək istərdik.

- Oyun Bakı vaxtı ilə səhər saat 7-də başlayacaq. Çox az adam belə tezdən oyanmaq istəyər.
- Bir dəfə yuxunuzdan keçib bu oyuna baxmağı məsləhət bilirəm. Azarkeşlərimizin təəssüflənməməsi üçün hər şey edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.