21 may 2014 11:33
Vüqar Nadirov: AFFA ABŞ-a getməyimə icazə vermədi
Millimizin hücumçusu Vüqar Nadirov yığma ilə ABŞ-a yollanmadığını bildirib. Azerisport.az xəbər verir ki, Nadirov bu barədə öz Facebook səhifəsində qeyd edib:
“Mənim pis xəbərim var. Mən ABŞ-a gedə bilmədim. Dünən AFFA rəsmiləri bildirdilər ki, ayağımla problemim olmasa, məni aparacaqlar. Ancaq sonra dedilər ki, sən gəlməsən, daha yaxşı olar. Ayağımda ağrılar var. Mənə dedilər ki, zədə ağırlaşa bilər. Mən özüm getmək istəyirdim. Ancaq mənə icazə vermədilər. Komandanı evdən dəstəkləyəcəyəm. Allah qoysa, yaxşı nəticə ilə qayıdarlar”.
