21 may 2014 11:22
Rauf Əliyev: Amerikalıları DÇ gözləyir, bəlkə də buna görə bəziləri özünü qoruyacaq
Millimizin və “Bakı”nın futbolçusu Rauf Əliyev azerisport.az saytına müsahibə verib:
- “Bakı” üçün mövsüm uğursuz başa çatdı. Komanda yenidən avrokuboklara vəsiqə əldə edə bilmədi. Ötən idman ilini necə qiymətləndirirsiniz?
- Mən “Bakı” haqda çox danışmaq istəməzdim. Son turda biz mübarizə aparırdıq. Ancaq nəticədə öz rəqiblərimizi ötə bilmədik. Mənə gəlincə, mən mövsümü pis adlandırmazdım. Düşünürəm ki. kifayət qədər sabit oynadım. Təəssüf ki, mövsümün sonuna yaxın, zədə aldım. Əgər bu, olmasaydı, hər şey daha yaxşı olardı.
- Yaxın gələcəyə planlarınız necədir?
- Hələ heç bir planım yoxdur. Hazırda yığma ilə birgəyəm. ABŞ yığmasına qarşı yoldaşlıq oyunundan sonra istirahət etməyi nəzərdə tutmuşam. Bundan sonra isə gələcək haqda danışmaq olar.
- Deyirlər ki, siz “Xəzər Lənkəran”a keçəcəksiniz”.
- Mən “Bakı”nı tərk etməyə hazırlaşmıram. Mənim bu klubla müqaviləm var. Çox şey yaza və deyə bilərlər. Ancaq fakt odur ki, “Bakı” ilə razılığımı həyata keçirmək fikrindəyəm.
- Bəs əgər real təklif olarsa?
- Heç kim sabah nə olacağını bilmir. Hər şey baş verə bilər.
- Bakıda özünüzü necə hiss edirsiniz”?
- Çox yaxşı. “Qarabağ” kimi, “Bakı” da mənim üçün doğma klubdur.
- Söz-söhbət gəzir ki, baş məşqçi Milinko Pantiçlə sizin münasibətləriniz ideal münasibətlərdən uzaqdır.
- Düz deyil. Bizim gözəl münasibətlərimiz var.
- ABŞ yığmasına qarşı keçiriləcək oyundan nə gözləyirsiniz?
- Maraqlı oyun olacaq. Hələ San-Fransiskoya uzun yolu da nəzərə alsaq, bu, bizim üçün böyük təcrübə olacaq. Ola bilər ki, yorğunluq kimdəsə öz əksini tapsın. Bu, normaldır. Bizim rəqibimiz DÇ-də oynayacaq və ola bilsin ki, oyunun yoldaşlıq statusunu nəzərə alaraq, kimsə özünü qoruyacaq. Biz isə nəticəyə nail olmağa çalışacağıq.