21 may 2014 19:30
Kamran Ağayev: Penaltilər haqda düşünmürəm
"Qəbələ"nin qapıçısı Kamran Ağayev Azərbaycan kubokunun finalında qarşılaşacaqları "Neftçi" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir:
"90 dəqiqəni oynayıb, qələbə qazanmaq istəyirik. Bu, finaldı, əlimizdən gələni edəcəyik ki, nəticə qazanaq. Penaltilər haqda düşünmürəm. "Neftçi"yə gəlincə, finala gələn komanda zəif deyil və əvəzedilməz futbolçu da yoxdu".
