21 may 2014 18:10

Böyükağa Hacıyev: Mən Azərbaycan futbolunun ensiklopediyasıyam

"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Azərbaycan kubokunun finalında qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi bu gün jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:

"Diqqətinizə çatdırım ki, sabah ökə kubokunun finalıdı. Biz çalışacağıq ki, bu finalda futbolsevərlərə əsl bayram yaşadaq. "Qəbələ" olduqca yaxşı komandadı və başlarında təcrübəli məşqçi var. Ancaq bir şeyi unutmayaq ki, onların da rəqibi "Neftçi"di. Çoxları deyir ki, "Neftçi" bu gün mükafatsız qaldı. Yadınızdadısa, mən Milan "İnter"i ilə görüşdən əvvəl demişdim ki, mənim üçün 2-ci və ya 5-ci yerin fərqi yoxdu. Mən Azərbaycanda iki mükafat bilirəm - Azərbaycan çempionu və kubokun qalibi. Təbii ki, rəqib də asan rəqib olsaydı, kubokun finalına qədər gəlməzdi".

"Futbolda əvəzolunmaz futbolçu və məşqçi yoxdu. Məqsəd İsayev heç də Şükürovdan geri qalmır. Son oyunlarda Araz Abdullayev də olmur, zədədən əziyyət çəkir. Məncə, Samir Məsimov da pis oynamır. Bu gün "Neftçi"də təcrübəliləri əvəz edəcək gənclər var. Ancaq bir balaca zamana ehtiyac var. Qaldı ki, Zaqatala məsələsinə, biz qısa müddətdə mikrotsikl işlədik və sabah bunu görəcəksiz. Bir gün bir ailə olur. Allah onları imtahana çəkir. Evin ağsaqqalı səhər namazında Allaha üzün tutub deyir: "Səndən bir xahişim var. Sən bu ailədən pulu, var-dövləti ala bilərsən, amma səmimiyyəti alma". Yəni bizdə səmimiyyət var ki, bu da Sadıq Sadıqovun işidi, məşqçinin yox. "Qəbələ" hər gün oynadığımız komandadı. Biz heç "Rubin"ə, "Partizan"a, "İnter"ə qarşı olanda psixoloji çətinlik yaşamadıq. Bir şeyi unutmayın ki, qorxaq general döyüşdə qələbə qazana bilməz. Əgər mən qorxuramsa, futbolçularım da qorxsun".

"Bir şeyi yadınızdan çıxarmayın. Bu oyun keçsin, nə vaxt istəsəz gəlin bazaya. Hansı məşqçilər ki, irad bildirirdilər, onlar dedilər ki, "Böyükağa müəllim, siz tarix yazdınız". Mən demişəm ki, Azərbaycan futbolunda tarix yazmışam. "Neftçi" 3 ildi ki, Azərbaycan kubokunun finalında oynayıb və hamısı da mənim məşqçiliyim dönəmimdə olub. O məşqçi məni müzakirə edə bilər ki, onun futbolda göstərdiyi nəticələr məndən yuxarıda olsun. Azərbaycan məşqçiləri bir-birini sevmir. Ona görə də kənardan kimsə gəlib milyonları aparmalıdı. Hamı qorxur və öz kreslosunu qoruyur. Orada mənə əsas fikir bildirən Nazim Süleymanov və Şahin Diniyevdi. Süleymanovun futbolçu kimi yaxşı olub, amma dünəninə görə çox sağ ol. Məşqçi kimi neynəyib? Diniyev millidə olanda mən onun bostanına daş atmamışam. Deyirdi ki, millini cavanlaşdıracam. Amma 3 futbolçunun 118 yaşı vardı. Gəlin evin içərisində olan sirri saxlayaq. Mən bu gün sevinirəm ki, Qurban Qurbanov çempion olub və mən bunu alqışlayıram. Mən deyirəm ki, Azərbaycan futbolunda tarix yazmışam. Əgər səhv yazmışamsa, götürün telefonları başıma vurun. Ona görə şairimiz deyib ki, harada müsəlman görürəm qorxuram. Mən bu gün ensiklopediyayam. Açaram sandığı, tökərəm pambığı. Mən nə edim ki, Kərim Diniyev Kardosonun, Mitreskinin qabağında tab gətirmədi? Bəlkə mən indiyədək Şahin Diniyevin qabağında bir futbolçunun xahişini etmişəm?"

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.